Rusiya ilə NATO arasında müharibə hazırlığı gedir -
Puşkov sübut göstərdi
NATO ilə Ukrayna arasında əməkdaşlığın genişlənməsi Rusiya ilə müharibəyə hazırlıqdan xəbər verir.
Bunu Senator Aleksey Puşkov "Danışır Moskva” radiosunun efirində deyib.
Siyasətçi NATO qoşunlarının Ukrayna-Rusiya sərhədinə çıxarılmasını hərbi əməliyyatların başlanmasının birbaşa səbəbi adlandırıb. Puşkov əlavə edib ki, alyansın öz ideyalarını reallaşdırmaq üçün Ukraynanı ilhaq etməyə belə ehtiyacı yoxdur.
Eyni zamanda, senator hesab edir ki, NATO Ukraynanı alyansın qeyri-rəsmi üzvü edə bilər ki, onun müdafiəsi baxımından öhdəlik götürməsin, sadəcə, "silahla doyursun”./qaynarinfo
Oxunub: 314
Xəbəri paylaş
Paylaş: