"Onun sözləri 'toydan sonra nağara'dan başqa birşey deyil" -
Puşkovdan Zelenskiyə cavab
Senator Puşkov: "Ukrayna Krımı öz tərkibində saxlamaqla bağlı tarixi şansı artıq əldən verib".
Globall.az xəbər verir ki, bu sözləri senator Aleksey Puşkov öz Twitter hesabında verdiyi açıqlamada söyləyib. Siyasətçi bildirib:"Zelenskinin, Rusiyanın Krımla bağlı verdiyi qərarından və atdığı addımdan guya peşman olacağı barədə dedikləri boş sözlərdir". "Toydan sonra nağaranın heç bir mənası yoxdur"- deyə, Puşkov qeyd edib və Zelenskini artıq Krımla bağlı xəyallarından əl çəkməyə çağırıb.
Xəbər verdiyimiz kimi, bu yaxınlarda Zelenski Rusiyanın Krımla bağlı verdiyi qərarından peşman olacağını və geri addım atacağını bildirmişdi. Onun fikrincə, Krımla bağlı vəziyyət ruslara utanc verir.
Qeyd edək ki, Krım, 2014-cü ildə Rusiyada keçirilən referendumdan sonra ölkəyə ilhaq edilib. Prezident Vladimir Putinin sözlərinə görə, yarımadanın taleyi ilə əlaqədar məsələ artıq "birmənalı olaraq öz həllini tapıb" və o, məhz Rusiyanın tərkib hissəsidir.