Helikopter qəzasının səbəbi AÇIQLANDI: “Pilotlar düzgün eniş etməyiblər”- RƏSMİ
“Təlim günü küləyin sürəti, hava məlumatları öyrənilmişdir. İstintaq sənədləri də göstərir ki həmin gün ərazi küləyin sürəti saniyədə 16 metr təşkil edilib. Küləyin sürəti qadağan edilmiş həcmdə olmayıb”.
Bu sözləri Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən Xızıdakı helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, helikopterin marşurutu üzrə hərəkətində qanun pozuntusu olmayıb:
"Sadəcə pilotlar küləyə qarşı eniş etməli idilər. Lakin pilotlar küləyin axını istiqamətində olan zaman enmə əməliyyatı hərəkətə keçirdiklərinə görə qəza baş verib. Enmə əməliyyatı başqa istiqamətdə olsaydı qəza baş verməyəcəkdi".
Oxunub: 327
Xəbəri paylaş
Paylaş: