2 hərbçimizlə bağlı Ermənistandan ZİDDİYYƏTLİ XƏBƏRLƏR
Erməni Teleqram kanallarında "dekabrın 18-də 2 azərbaycanlı hərbçinin Cermux istiqamətində əsir götürülməsi" ilə bağlı xəbər və foto yayılıb. Analoji xəbərlər sosial şəbəkələrin Azərbaycan seqmentində də tirajlanıb.
Amma nə Azərbaycan, nə də Ermənistan müdafiə nazirlikləri bu barədə hər hansı açıqlama verməyiblər.
"Sputnik-Armenia"nın yazdığına görə Ermənistan Müdafi Nazirliyi bu mövzuda suallara cavab verməkdən yayınır.
“Ədalətli Ermənistan” Partiyasının sədri Norayr Norikyan isə Azərbaycan hərbçilərinin əsir götürüldüyünü bildirib. İctimai fəal Mika Badalyan isə özünün Telegram kanalında dekabrın 18-də Cermuk bölgəsində iki Azərbaycan əsgərinin əsir götürüldüyünü, onlardan birinin kapitan olduğunu yazıb. Daha sonra onların İrəvana aparıldığı bildirilib.
Qeyd edək ki, Azərbaycan tərəfi Avropa İttifaqının vasitəçiliyi ilə dekabrın 19-da 10 erməni hərbçisini İrəvana verib.
Oxunub: 191
Xəbəri paylaş
Paylaş: