Sərnişin axını:
Rayonlara avtobuslar bu qiymətə gedəcək
Hər il olduğu kimi, bu il də Yeni il bayramı münasibətilə bölgələrə səfər etmək istəyən sərnişinlər mütləq olacaq.
Bölgələrə səfər planlaşdıran vətəndaşları əsas düşündürən məsələ isə səfərin qiymətidir.
Maraqlıdır, hazırda Bakıdan hansı rayona qiymətlər daha ucuzdur?
Globall.az cebhe.info-ya istinadla qiymətləri təqdim edir.
*Hazırda ən ucuz səfər Siyəzən rayonunadır. Belə ki, rayona gediş haqqı 2 manat 40 qəpik təşkil edir.
*Siyəzəndən sonra səfər ucuzluğuna görə ikinci yerdə olan bögə Şamaxıdır. Şamaxıya tək gediş haqqı 2 manat 80 qəpik təşkil edir.
*Şabran rayonunu Şamaxıdan yalnız 10 qəpiklik gediş haqqı ayırır. Belə ki, bu bölgəyə səfər 2 manat 90 qəpik təşkil edir.
*Gediş haqqının az olması səbəbindən seçilən digər rayon Xaçmazdır. Xaçmaza səfər etmək istəyən sərnişinlər tək gediş üçün 3 manat 80 qəpik ödəməlidir.
*Bundan əlavə, Quba (4 manat), Qusar (4 manat 20 qəpik), Sabirabad (4 manat 20 qəpik) və Biləsuvar (4 manat 30 qəpik) da ucuz gediş haqqı tələb edilən rayonlardandır.
*Ən baha başa gələcək rayon isə Qazaxdır. Bura tək səfərlik gediş haqqı 12 manat 40 qəpikdir. Bundan əlavə, gediş haqqının çox olduğu rayonlar sırasına Ağstafa (12 manat) və Gədəbəy (11 manat 40 qəpik) də daxildir.