İLK ADDIM:
Türkiyəyə uçuşları Ermənistanın bu aviaşirkəti icra edəcək
"Flyone Armenia” 2015-ci ildən sonra Türkiyəyə uçuşlar həyata keçirəcək ilk Ermənistan aviaşirkəti olacaq.
Bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.
"Flyone Armenia” aviaşirkəti daha əvvəl də İstanbula uçuşlar həyata keçirmək niyyətində olduğunu bəyan edib.
Bir müddət öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında uçuşların təşkil olunmasının mümkünlüyünün nəzərdən keçirildiyini bildirib.
Eyni zamanda, hər iki ölkə dialoqa başlamaq üçün qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin edib./apa
Oxunub: 258
Xəbəri paylaş
Paylaş: