Terrorçuluqda təqsirləndirilən ermənilərin məhkəməsi davam etdirilir
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilir.
Report xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edir.
Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə) və 282-ci (təxribat törətmə) maddələri ilə ittiham irəli sürülüb.
Oxunub: 267
Xəbəri paylaş
Paylaş: