NATO-nun çoxməqsədli döyüş gəmisi Odessa limanına yan alıb
NATO-nun Fransa istehsalı olan “Auvergne D654” çoxməqsədli döyüş gəmisi dekabrın 24-də Ukraynanın Odessa limanına yan alıb.
Məlumatı “RİA Novosti” yayıb.
Gəmini Ukrayna Hərbi Dəniz Qüvvələri komandanı kontr-admiral Aleksey Neijpapa qarşılayıb və göyərtəyə qalxıb.
Məlumata görə, “Auvergne D654” NATO-nun bu il Odessa limanına daxil olan 10-cu gəmisidir. Bildirilib ki, gəmi dekabrın 28-dək Odessa limanında qalacaq.
Oxunub: 309
Xəbəri paylaş
Paylaş: