Gürcüstan parlamentinin spikeri istefa verdi -
Sədr postunu Şalva Papuaşvili tutacaq
Gürcüstan parlamentinin sədri Kaxa Kuçava istefa verib. Bu barədə hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, spiker postunu Şalva Papuaşvili tutacaq.
Sədr Kaxa Kuçavanın istefa səbəbini açıqlamayıb və onun qərarının hakim komandada məyusluq yaratdığını vurğulayıb.
Qeyd edək ki, Kuçava bu ilin aprelin 27-də parlament sədri seçilmişdi.
Oxunub: 330
Xəbəri paylaş
Paylaş: