Türkiyənin səhiyyə nazirindən əhaliyə çağırış:
“Növbəti dozanı vurdurmalısız”
“Koronavirusun “Omikron” ştamı Avropa ölkələrinin ardınca ölkəmizdə də yayılmağa başlayıb. Yeni yoluxmaların 10 faizindən çoxu “Omikron”dan qaynaqlanır”.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz “Twitter” səhifəsində yazıb.
Nazir əlavə edib ki, bu vəziyyət vaksinin gücləndirici dozasının tətbiqinə ehtiyac daha da artırır.
“Sonuncu dozanı 3 ay əvvəl vurdurmuş şəxslər peyvəndin effektivliyini gücləndirmək məqsədi ilə növbəti dozanı qəbul etməlidirlər”, - Türkiyənin səhiyyə naziri vurğulayıb.
Oxunub: 323
Xəbəri paylaş
Paylaş: