Yaponiya və ABŞ kiberhücumlardan birgə müdafiə olunacaqlar
Yaponiya və ABŞ hökumətləri kiberhücumlara qarşı mübarizədə əməkdaşlığa başlamağı planlaşdırır.
Bu barədə Yaponyanın “Yomiuri” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Gözlənilir ki, Tokio və Vaşinqton həyata keçirilən kiberhücumlarla bağlı məlumatları bir-birinə ötürəcək, birgə təhlil edəcəklər. Bundan əlavə, iki ölkənin səlahiyyətli orqanları hakerləri müəyyənləşdirəcək və müvafiq əks tədbirlər hazırlayacaq. Nəhayət, Yaponiya və ABŞ yerli müəssisələrin onlayn müdaxilələrə qarşı təhlükəsizlik tədbirlərini artıracaq.
Yanvarın 7-də onlayn rejimdə keçirilməsi planlaşdırılan Yaponiya və ABŞ xarici işlər nazirlikləri və ABŞ müdafiə nazirliklərinin rəhbərləri arasında danışıqlar zamanı əməkdaşlıq sazişi bağlana bilər.
Globall.az
Oxunub: 275
Xəbəri paylaş
Paylaş: