Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Nikol Paşinyan İlham Əliyevlə görüşməyə hazır olduğunu açıqladı
  • Ermənistan prezidentinə qarşı impiçment - Hakim fraksiyanın planı baş tutacaqmı?
  • Paşinyan yenə biabırçı vəziyyətə düşdü - BBC müxbirinin bir sıra sualları qarşısında aciz qaldı
  • Paşinyan dedi və geri addım atdı: ”erməni xalqına baha başa gələ bilər”
  • Nikol Paşinyan geri çəkildi: "Rusiya bir nömrəli tərəfdaşdır"
  • PAŞİNYANIN QARABAĞLA BAĞLI AÇIQLAMALARI İRƏVANI QARIŞDIRIB...- Baş nazirin Arutyunyana cavabı sərt oldu

    • Tarix: 27-12-2021, 10:25



    “Qarabağ ermənilərə məxsus ola bilməz” deyən Paşinyan İrəvanın "artsax"ın arxasından çəkiləcəyi mesajını verdi
    Ermənistanın Baş naziri Nikol Paşinyan Xankəndi və ətraf bölgədə olan erməni separatçıların ona qarşı elan etdiyi siyasi-ideoloji savaşda geri çəkilmək niyyətində olmadığını qətiyyən gizlətmir. Əksinə, baş nazir N.Paşinyan həm erməni separatçılarla, həm də Ermənistan cəmiyyətində onları dəstəkləyənlər həlledici savaşa hazır olduğunu biruzə verir. Və bu savaşın nəticələri böyük ehtimalla tərəflərdən birinin, yaxud da elə hər ikisinin də məğlubiyyətinə yol aça bilər.
    Məsələ ondadır ki, "ox artıq yaydan çıxıb". Bundan sonra geri çəkilmək siyasi fəlakətə yol aça bilər. Erməni baş nazir üçün geri çəkilmək ona qarşı irəli sürülən xəyanət ittihamını qəbul etmək anlamı daşıyar. Ona görə də, Ermənistan baş naziri nəyin bahasına olursa-olsun, özünün haqlı olduğunu sübuta yetirməyə çalışacaq.
    Onu da qeyd edək ki, son baş verənlər də erməni baş nazirin öz siyasi rəqiblərini, o cümlədən, Xankəndi və ətraf bölgədə olan Araik Arutyunyanın separatçılarını güncə sıxışdırıb, zəiflətməkdə qərarlı olduğunu göstərir. Belə anlaşılır ki, erməni baş nazir həm separatçıları, həm də onların Ermənistandakı siyasi-ideoloji dəstəkçilərini öz ölkəsi üçün ciddi problem hesab edir. Və onlardan xilas olub, həm öz hakimiyyətini gücləndirmək, həm də Ermənistanın inkişaf perspektivlərinin önünü açmaq qərarı verib.
    Məsələ ondadır ki, onun onlayn mətbuat konfransında dilə gətirdiyi açıqlamalar kifayət qədər cəsarətli məzmun daşıyır. Çünki, o, açıq mətnlə Dağlıq Qarabağın beynəlxalq hüquq normalarına görə, Azərbaycana aid olduğunu təsdiqləyən arqumentlər səsləndirib. Düzdür, erməni baş nazir öz arqumentlərini Köçəryan-Sarkisyan hakimiyyətinin sülh danışıqları prosesində üzləşdiyi uğursuzluqlarla izah edib.



    Ancaq onun "BMT Təhlükəsizlik Şurası "Dağlıq Qarabağın" statusunu müəyyən etməli olsa, bu qurum öz qətnamələrinin məntiqinə uyğun davranar. Yəni, həmin status BMT TŞ-nın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığı Azərbaycanın Konstitusiyasına uyğun müəyyən edilərdi. Bu, o deməkdir ki, "Dağlıq Qarabağ"ın Azərbaycanın tərkibindən kənarda mövcudluğu üçün hər hansı nəzəri və praktiki şans qalmayıb" məzmunu daşıyan arqumentləri olduqca cəsarətlidir. Hər hansı başqa bir erməni siyasətçinin, hətta bu reallıqlara vaxtaşırı üstüörtülü eyhamlar vuran keçmiş prezident Levon Ter-Petrosyanın və onun müşaviri olmuş Jirayr Liparityanın belə, bu həqiqətləri N.Paşinyan kimi açıq şəkildə dilə gətirə biləcəyini təsəvvür etmək çox çətindir.
    Təbii ki, Ermənistan cəmiyyəti üçün qəbuledilməz olan bu cəsarəti erməni baş naziri hazırda açıq hədəfə çevirib. İndi Ermənistan cəmiyyəti onu xəyanətdə suçlayır. Xankəndi və ətraf bölgədə olan erməni separatçılar isə erməni baş naziri düşmən kimi təqdim edirlər. 
    Erməni separatçılara rəhbərlik edən Araik Arutyunyan baş nazir Nikol Paşinyana qarşı ağır ittihamlarla yüklənmiş bəyanat yayıb. Həmin bəyanatda Paşinyan hakimiyyəti "artsax" ideyalarına xəyanətdə suçlanır, Xankəndi və ətraf bölgədəki erməniləri dəstəksiz buraxmaqda ittiham edilir. 
    Eyni zamanda, Paşinyan hakimiyyətinə rəsmi İrəvanın Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin adından danışmaq, onların taleyini həll etmək hüququnun olmadığı barədə xəbərdarlıq edilir. Yəni, Paşinyan hakimiyyətindən dolayısı ilə bundan sonra Xankəndi və ətraf bölgədə yaşayan ermənilərlə bağlı hər hansı məsələyə qarışmamaq tələb olunur.



    Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyan məzmunu ağır ittihamlar ilə yükləndiyindən separatçı Araik Arutyunyanın bəyanatına cavab vermək məcburiyyətində qalıb. Erməni baş nazir vurğulayıb ki, bütün ittihamlar ona qarşı yönəlsə də, sülh danışıqları nəticəsində yaranmış mövcud vəziyyətin formalaşması onun hakimiyyətindən öncəki dövrə aiddir. Ona görə də, "artsax" ətrafında yaranmış vəziyyətə görə ondan əvvəl hakimiyyətdə olanlar məsuliyyət daşımalıdır.
    Erməni baş nazir xatırladıb ki, keçmiş prezident Serj Sarkisyanın sülh danışıqlarının nəticələrinə görə, "Dağlıq Qarabağın" ermənilərə aid olunması barədə iddiaları reallıqdan uzaq olduğundan həqiqətləri xalqa çatdırmaq məcburiyyətində qalıb: ""Dağlıq Qarabağ"da yaşayan azərbaycanlıların bölgənin statusunun müəyyən edilməsində iştirak hüququ danışıqlar prosesi üzrə sənədlərdə qeydə alınıb. Danışıqların məzmununa görə, onlar "Dağlıq Qarabağ"ın sakinləridir. Yəni azərbaycanlılar da "Dağlıq Qarabağda" yaşamaq hüququna sahibdirlər. 2018-ci ilə hakimiyyətdə olanlar heç vaxt buna qarşı çıxıb, etiraz etməyiblər. Əgər, "Dağlıq Qarabağ"ın statusu məsələn, 100 il sonra keçiriləcəyi təqdirdə, demoqrafik dəyişikliklər şəraitində nəticələrin necə ola biləcəyi aydındır".
    Erməni baş nazir daha sonra bildirib ki, danışıqlar prosesində 2016-cı ildən sonra Dağlıq Qarabağın aralıq statusu barədə məsələ müzakirədən ümumiyyətlə, çıxarılıb. Bunun əvəzində Dağlıq Qarabağ ilə bağlı hüquqi qərarların verilməsi məsələsinin BMT Təhlükəsizlik Şurasının öhdəsinə buraxılması razılaşdırılıb: "Bu, əsl fəlakətdir. Çünki BMT TŞ-nın qətnamələrində "Dağlıq Qarabağ" Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Bu isə o deməkdir ki, BMT TŞ Dağlıq Qarabağ ilə bağlı məsələlərdə mütləq öz qətnamələrinə uyğun qərar verəcək. Ona görə də mən bir neçə dəfə bildirmişəm ki, danışıqların mövcud məzmununa görə, "Dağlıq Qarabağ"ın Azərbaycandan kənarda qalmaq şansı tükənib".



    Erməni baş nazir onu qeyd edib ki, özündən əvvəlki hakimiyyətlərin səhvləri və günahları ucbatından yaranmış bu vəziyyətin dəyişdirilməsi üçün uzun müddət mübarizə aparmağa çalışıb. Ancaq hər hansı nəticə əldə etməyə nail ola bilməyib. Və son müharibənin başlanma səbəbləri də məhz onun danışdıqlar prosesində yaranmış vəziyyətə göstərdiyi müqavimət ilə birbaşa bağlıdır.
    Maraqlıdır ki, erməni baş nazir onu ittiham edən siyasi rəqiblərinə və separatçılara müəmmalı mesaj da verib: "İndi bəzi şəxslər deyirlər ki, mənim "Dağlıq Qarabağın" adından danışıqlar aparmağa haqqım çatmır. Halbuki həmin adamlar məni həm də ona görə tənqid edirdilər ki, 2018-ci ildən üzübəri "Dağlıq Qarabağ"ın adından danışıqlar aparmaq üçün mandatımın olmadığını elə özüm deyirdim. Ancaq mən xalqdan bütün bunları gizlədə bilmərəm".



    Göründüyü kimi, bu, bir daxili siyasi savaşın başlanğıc əlamətləridir. Rəsmi İrəvan "Dağlıq Qarabağ" yükündən xilas olmaq üçün real addımlar atmağa başlayıb. Bu, erməni toplumunda bir çoxlarını məmnun etmir. Halbuki, Ermənistanın gələcəyi erməni separatçıların girova çevrildiyindən Paşinyan hakimiyyəti bu savaşı sona qədər davam etdirmək məcburiyyətindədir.
    Bütün baş verənlərə istinadən Ermənistan baş naziri Nikol Paşinyanın ardıcıl olaraq, iki önəmli addımın atılmasına cəsarət etdiyini düşünmək olar. 
    Birinci addım erməni baş nazirin onlayn mətbuat konfransında dolayısı ilə "Qarabağ Azərbaycandır" deməsi ilə atıldı. Ermənistan cəmiyyətinə mövcud reallıqlar ilə barışmağın qaçılmazlığı barədə açıq mesaj ötürüldü. Bununla rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu biruzə verdi.
    İkinci həlledici addımı isə baş nazir N.Paşinyan erməni separatçıların rəhbəri Araik Arutyunyanın ittihamlarına cavab verərkən atdı.
    "2018-ci ildən üzübəri "Dağlıq Qarabağın" adından danışıqlar aparmaq üçün mandatımın olmadığını deyirdim" cümləsini gündəmə çıxaran erməni baş nazir rəsmi İrəvanın bundan sonra "artsax" ilə bağlı hər hansı səviyyədə müzakirələrdə iştirak etməyəcəyinə eyham vurdu. 
    Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan rəsmi İrəvan adından "artsax" xəyallarını dəfn etmək qərarına gəlib. Bu, o deməkdir ki, rəsmi İrəvan Xankəndi və ətraf bölgədə olan erməni separatçıların arxasından çəkilmək niyyətindədir. Və bu ehtimal doğru çıxarsa, regionda sülh dövrünün başlanmasından danışmaq mümkün olacaq./musavat.com

    Oxunub: 396
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.