Putin Rusiya vətəndaşlığı haqqında yeni qanun layihəsini təqdim edib
Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına “Rusiya Federasiyası vətəndaşlığı haqqında” yeni qanun layihəsi təqdim edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qanun layihəsi Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada ala biləcək şəxslərin siyahısını 20-dən çox kateqoriyaya genişləndirir.
Onların arasında: həmvətənlər (keçmiş SSRİ vətəndaşları və onların uşaqları, könüllü köçürmə proqramının iştirakçıları), Rusiyada yaşayan yaxın rus qohumları olanlar, Rusiya İmperiyasının və ya SSRİ-nin ərazisində (Rusiya Federasiyasının hüdudları daxilində) daimi yaşayanların nəsillərindən olan şəxslər var.
Oxunub: 313
Xəbəri paylaş
Paylaş: