Ukrayna və Fransa HDQ gəmiləri Qara dənizdə təlim keçiriblər
Fransa və Ukraynanın hərbi gəmiləri Qara dənizin şimal-qərb hissəsində birgə təlim keçiriblər.
Bu barədə dekabrın 30-da Ukrayna HDQ mətbuat xidməti xəbər verib.
Qeyd edilir ki, bu hərbi-dəniz məşqində Ukrayna tərəfdən «Yuri Olefirenko» orta desant gəmisi, Fransa tərəfdən isə "Auvergne" fraeqatı iştirak edib. Həm də Fransanın gəmi nəqliyyat-döyüş vertolyotu (NH-90) da təlimə cəlb olunub.
«Tədbirin məqsədi Qara dəniz bölgəsində təhlükəsizliyin saxlanılmasından, qabiliyyətlərin təkmilləşdirilməsindən və iki ölkə gəmilərinin ekipajlarının Şimali Atlantika Alyansı standartlarına uyğun qarşılıqlı fəaliyyətindən ibarət olub» - xəbərdə deyilir.
Gəmilərin şəxsi heyəti bir neçə məşq, o cümlədən, Fransa freqatından qəza-xilasetmə komandasının gəmidən çıxmasına kömək məşqi keçirib.
Xatırladaq ki, fransız freqatı Qara dənizə dekabrın 13-də daxil olub və üç həftə ərzində bu hövzədə qalmaq hüququna malikdir(Montrö konvensiyası).
Oxunub: 562
Xəbəri paylaş
Paylaş: