Xərçəngi aşkar etməyin asan yolu açıqlanıb
Barmaqların ucundakı dəyişikliklər xərçəngin başlanğıcını göstərə bilər.
Bu barədə “Express” nəşri Britaniya Milli Səhiyyə Xidmətinin məlumatlarına istinadən yazır.
Söhbət Hippokrat barmaqları sindromundan gedir. Dırnaqların qalınlaşması, yumru və qabarıq olması ağciyər xərçəngindən xəbər verə bilər. Dırnaqları bu cür olan insanların 35 faizində ağciyər xərçəngi aşkar edilib.
Xərçəngin istənilən növü üçün xarakterik olan ümumi əlamətlər: digər səbəblərlə izah oluna bilməyən zəiflik, bədən çəkisinin azalması, iştahanın olmamasıdır.
Oxunub: 589
Xəbəri paylaş
Paylaş: