AZAL Almatı şəhərinə reysləri ləğv edib
AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir.
Bu barədə "Azərbaycan Hava Yolları QSC"-nin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilmişdir. ⠀
Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq. ⠀
Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.
Oxunub: 458
Xəbəri paylaş
Paylaş: