Almatıda başı kəsilmiş üçüncü təhlükəsizlik əməkdaşının meyiti tapıldı
Qlobol.az xəbər verir ki, bu barədə yerli KİV-lərin yazdığına görə, SHOT Telegram kanalı məlumat yayıb. Rəsmi olaraq, məlumat hələ ki, təsdiqini tapmayıb.
Beləliklə, iğtişaşlar nəticəsində təhlükəsizlik qüvvələri arasında ölənlərin sayı 14 nəfərə çatıb. Bundan əvvəl Almatıda iğtişaşlar zamanı 13 təhlükəsizlik əməkdaşının öldüyü barədə məlumat yayılmışdı. Eyni zamanda Qazaxıstan hakimiyyəti onlardan ikisinin başının kəsildiyini iddia edir.
Bu arada Almatı sakinlərinə şəhərdə antiterror əməliyyatı keçirilməsi barədə SMS bildirişlər daxil olub. Vətəndaşlardan evlərinə və ya başqa təhlükəsiz yerə sığınmaları xahiş olunur. Bundan əvvəl silahlı şəxslərin Almatıda iki böyük xəstəxananı mühasirəyə aldıqları bildirilirdi. Onlar girişi bağlayır, xəstələri və həkimləri içəri buraxmır, həyatlarını təhlükə altına alırlar.