Fransa ABŞ-ın texnologiya nəhənglərini 210 milyon avro cərimələyib
Fransa ABŞ-ın texnologiya nəhəngləri - “Google” şirkətini 150 milyon avro, “Facebook” şirkətini isə 60 milyon avro cərimələyib.
Globol.az “Report”-a istinadən xəbər verir.
Məlumata görə, cəriməni Fransanın Milli İnformatika və Azadlıqlar Komissiyası (CNIL) tətbiq edib və şirkətlərin məxfilik siyasətini pozması ilə əsaslandırıb.
“Google”un ödənəli olduğu cərimə CNIL-in tarixində rekord göstəricidir. Qurum bəyan edib ki, “Google” və “Facebook” 3 ay ərzində müəyyən edilmiş nöqsanları aradan qaldırmasa, gündəlik 100 min avro cərimələnəcəklər.
Xatırladaq ki, ötən ilin dekabr ayında da CNIL "Google"u 100 milyon avro, ABŞ-ın digər texnologiya nəhəngi “Amazon”u isə 35 milyon avro cərimələmişdi.
Oxunub: 318
Xəbəri paylaş
Paylaş: