Türkiyədə daha 15 nəfər koronavirusdan öldü
Türkiyədə son 24 saat ərzində 561 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca öz sosial media hesabında məlumat verib.
O bildirib ki, son sutka ərzində 15 nəfər bu səbəbdən vəfat edib. Bununla da Türkiyədə koronavirus səbəbindən ölənlərin sayı 59-a çatıb.
Hazırda Türkiyədə ümumilikdə 2433 nəfər epidemiyadan əziyyət çəkir.
Oxunub: 278
Xəbəri paylaş
Paylaş: