“Pfizer” şirkəti dünya üzrə vaksin tədarükünün həcmini açıqlayıb
“Pfizer” şirkəti 2021-ci il dekabrın 28-dək koronavirusa qarşı 2,5 milyarddan çox vaksinin tədarükünü həyata keçirib.Globol.az bu barədə “Report”-a istinadən xəbər verir.
İndiyədək dünyanın 166 ölkə və ərazisinə vaksin tədarük edilib.
Qeyd edək ki, Con Hopkins Universitetinin məlumatına görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 300 milyon nəfəri ötüb. Onlardan 5 471 856 nəfəri ölüb.
Yoluxma sayına görə ilk 3 pilləni ABŞ, Hindistan və Braziliya tutur.
Oxunub: 153
Xəbəri paylaş
Paylaş:




















