Tokayev göstəriş verdi: Bərpa başlayır
Güc strukturları tərəfindən Qazaxıstanda ictimai asayişin və təhlükəsizliyin tam bərpası üçün bütün lazımi tədbirlər görüləcək.
Globol.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Qasım-Jomart Tokayev yanvarın 9-da keçirilən operativ qərargahın iclasında deyib.
İclas zamanı dövlət başçısı tərəfindən müəyyən rayonlarda baş vermiş iğtişaşların nəticələrinin aradan qaldırılması üzrə Hökumət Komissiyasının yaradılması tapşırılıb.
Qazaxıstan prezidenti Almatıda və digər bölgələrdə inzibati binaların, sosial və kommunal obyektlərin bərpası işlərinə tez bir zamanda başlanılması barədə göstəriş verib.
Oxunub: 282
Xəbəri paylaş
Paylaş: