Parisdə “Karikatura Evi” açılacaq

Fransanın paytaxtı Parisdə qəzet və jurnallarında dərc edilmiş ən uğurlu karikaturaların toplanacağı “Mətbuat Krikaturaları Evi” yaradılacaq.
Globol.az “Report” “-a istinadən xəbər verir ki, bununla bağlı Prezident Emmanuel Makron qərar verib.
Bu təşəbbüs 2020-ci ildə ortaya çıxıb. Ötən ilin sentyabr ayında isə Mədəniyyət Nazirliyi bu layihə üçün 2 milyon avro ayırıb.
Qeyd edilir ki, Parislə yanaşı, “Karikatura Evi”nə ev sahibliyi etmək üçün Strasburq, Limoj, Bordo şəhərləri də iddialı olublar.
Oxunub: 205
Xəbəri paylaş
Paylaş: