Bakı-Naxçıvan aviareysləri bərpa olunub
AZAL-dan verilən məlumata görə, artıq Bakıdan Naxçıvana uçuşlar bərpa olunub.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı əlverişsiz hava şəraitinə (güclü duman) görə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.
Globol.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, təyyarə saat 08:50-də hava limanına enib. Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.
Oxunub: 324
Xəbəri paylaş
Paylaş: