Moskvada lift qırıldı, iki erməni öldü
Moskvadakı “Prezident Otel”də liftin qırılması nəticəsində ölən iki nəfərin ermənilər olduğu üzə çıxıb.
Globol.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bildirilib ki, ölənlər 32 yaşlı Ayk Qazaryan və 31 yaşlı Artak Bezoyandır.
Qeyd edək ki, insident ötən gün baş verib. Lift 7-ci mərtəbədən düşüb. Məlumata görə, ölənlərdən biri liftdə olub, digəri isə linftlə divar arasında qalıb.
Binada təmir işləri gedir.
Oxunub: 238
Xəbəri paylaş
Paylaş: