Ablyazov Qazaxıstanda aksiyaların davam edəcəyinə söz verib
Fransada yaşayan qazax bankir Muxtar Ablyazov Qazaxıstanda etiraz aksiyalarının təşkilini davam etdirəcək. Globall.az xəbər verir ki, bu barədə o, “RİA Novosti”yə müsahibəsində deyib.“Biz dinc aksiyalar təşkil edəcəyik, insanları səfərbər edəcəyik... Silahdan istifadə etməklə, zorakılıqla yox, sülh yolu ilə", - Ablyazov bildirib.
Qazaxıstanın rəsmi qurumlarının məlumatına görə, bu ilin yanvarında baş verən iğtişaşlar zamanı 50-dən çox dövlət və 1300 biznes obyekti zərər görüb. Almatı meriyasının binası yandırılıb. Bundan əlavə, xəstəxanalar və digər səhiyyə müəssisələrinə hücum edilib.
Ablyazov uzun illərdir xaricdə yaşayır. Qazaxıstanda məhkəmə onu cinayətkar birlik yaratmaqda və "BTA Bankın"ın vəsaitlərini mənimsəməkdə təqsirli bilib, dəymiş ziyan 7,5 milyard dolları ötüb. Ablyazovun rəhbərlik etdiyi qeydiyyatdan keçməmiş “Qazaxıstanın Demokratik Seçimi” hərəkatı ölkədə ekstremist təşkilat kimi tanınır. Bundan əlavə, "BTA Bankın" keçmiş rəhbəri 2004-cü ildə biznes ortağı Yerjan Tatişevin qətlinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. O, 2019-cu ildə yüzlərlə insanın saxlandığı prezident seçkiləri günü böyük etirazların təşəbbüskarı olub.
Oxunub: 143
Xəbəri paylaş
Paylaş:




















