Zelenskinin opponentləri Ukraynada çətin günlər keçirirlər
Kreml keçmiş prezident Pyotr Poroşenkonun Ukraynaya qayıtması ilə bağlı vəziyyəti izləmir.
Globall.az xəbər verir ki, bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr, biz bunu izləmirik. Poroşenko Ukraynanın hazırkı prezidenti Volodimir Zelenskinin siyasi rəqiblərindən biridir. O, müxalifətdədir. Amma bu, bizim yaxından izləyəcəyimiz məsələ deyil”, - deyə Kreml sözçüsü bildirib.
Peskov həmçinin qeyd edib ki, Zelenskinin siyasi opponentləri Ukraynada çətin günlər keçirirlər: “Bu göz qabağındadır. Biz bunu qeyd edirik”.
Oxunub: 313
Xəbəri paylaş
Paylaş: