Fransa prezidenti olmaq istəyən şəxs cərimələnd
Paris Cinayət Məhkəməsində Fransa prezidentliyinə namizəd, jurnalist Erik Zemmurun işinə baxılıb.
Globall.az xəbər verir ki, o, 29 sentyabr 2020-ci ildə "CNews"un canlı efirində etdiyi çıxışa görə 10 min avro cərimələnib.
Jurnalistlə birlikdə "CNews"un yayım direktoru Jan-Kristof Tyeri də 3000 avro məbləğində cərimə edilib.
Qeyd edək ki, ifrat-sağçı baxışları ilə seçilən Zemmur çıxışı zamanı yetkinlik yaşına çatmayan mühacirləri “oğru, qatil və təcavüzkar” adlandırıb.
Oxunub: 160
Xəbəri paylaş
Paylaş: