Almatıda saxlanılan qanunsuz aksiyaçıların sayı 2,7 min nəfəri ötüb

Qazaxıstanın Almatı şəhərində antiterror əməliyyatı başlayandan hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz aksiyalarda, talanlarda və digər cinayətlərdə iştirak etdiklərinə görə 2 748 nəfəri saxlayıblar.
Globall.az bu barədə “Report”-a istinadən xəbər verir. Qeyd edək ki yanvarın 17-də 2 601 nəfərin saxlanıldığı bildirilirdi.
“Antiterror əməliyyatı başlayandan indiyədək qanunsuz əməllərin, talanların və digər cinayətlərin ümumilikdə 2 748 iştirakçısı saxlanılıb. Ümumilikdə 131 odlu silah və 4 179 döyüş sursatı götürülüb”, - şəhər komendaturasının mətbuat xidməti məlumat yayıb.
Oxunub: 193
Xəbəri paylaş
Paylaş: