Kreml Ərdoğanın Rusiya və Ukrayna arasında vasitəçiliklə bağlı təklifinə münasibət bildirib
“Biz istənilən ölkənin Ukrayna məsələsini həll etmək istiqamətindəki səylərini alqışlayırıq”.
Globall.az “Report”-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva-Kiyev danışıqlarının Türkiyədə keçirilməsi təklifi ilə çıxış edib. O, Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Volodimir Zelenskini Türkiyədə toplantı keçirməyə dəvət edib.
Oxunub: 281
Xəbəri paylaş
Paylaş: