Türkiyə səfiri Azərbaycan xalqına başsağlığı verib
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Globall.az-ın xəbərinə görə, diplomat bununla bağlı tviter hesabında paylaşım edib.
“Bu gecə qərənfillərin ağladığı gecə, bu gün Günəşin doğmadığı gündür. 1990-cı il yanvarın 20-də Bakıda müstəqillik, azadlıq uğrunda şəhid olan can qardaşlarımızın xatirəsini hörmət və ehtitamla anırıq. Ruhları şad, məkanları cənnət olsun. Onları unutmayacağıq”, - səfir bildirib.
Oxunub: 213
Xəbəri paylaş
Paylaş: