Ölkəmizdə qaza tələbat günlük 3 milyon kubmetr artdı

Globall.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov deyib.
Şöbə rəisi qeyd edib ki, bunun 59 faizi Bakı və Abşeron yarımadasının payına düşür:
“Yəni 24 milyon 961 min kubmetri Bakı və Abşeron ərazisinin, qalan 17 milyon 308 min kubmetri isə bölgələrin payına düşür”.
O bildirib ki, bu həcmlər yanvarın 19-u ilə müqayisədə 2 milyon 696 min kubmetr çoxdur: “Belə ki, günlük istehlak həcminin artımı Bakı və Abşeron ərazisində 1 milyon 648 min, bölgələrdə isə 1 milyon 048 min kubmetr çoxdur”.
Oxunub: 263
Xəbəri paylaş
Paylaş: