Məşhur yumor ustası öldü

Tanınmış amerikalı yumor ustası Lui Anderson vəfat edib.
Globall.az xəbər verir ki, bir müddətdir qan xərçəngindən müalicə alan L.Anderson 68 yaşında xəstəxanada dünyasını dəyişib.
O, dünyaca məşhur “Lui ilə həyat” multiserialının müəllifi olub.
Qeyd edək ki, "Emmi" mükafatına layiq görülən L.Anderson "Amerikaya səyahət", "Ferris Byullerin istirahət günü", "Detektiv Neş Brices", "Şeldonun uşaqlığı", "Klinika" kimi film və seriallardakı obrazları ilə məşhurlaşıb.
Oxunub: 341
Xəbəri paylaş
Paylaş: