Britaniya Rusiyaya qarşı sərt sanksiyalara hazırlaşır
Ukraynaya hücum edəcəyi təqdirdə Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar hazırlayır.
Globall.az xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” nəşri məlumat yayıb.
“Britaniya Rusiyanın SVİFT beynəlxalq ödəniş sistemindən ayrılmasını dəstəkləmək variantını nəzərdən keçirir. Bundan əlavə, Böyük Britaniyanın Baş naziri Boris Conson hesab edir ki, sanksiyalara Şimal Axını 2-yə qarşı tədbirləri qatmamaq olmaz”, - məlumatda qeyd olunub.
Oxunub: 380
Xəbəri paylaş
Paylaş: