“Omicron”nun ən çox rast gəlinən simptomu

Koronavirusun “Omicron” ştamının ən çox rast gəlinən simptomu açıqlanıb.
Globall.az xəbər verir ki, bu barədə Çikaqo Xalq Sağlamlığı Departamentinin komissarı Allison Arvadi məlumat paylaşıb.
Qeyd olunub ki, boğaz ağrısı müsbət COVID-19 testi almadan əvvəl yeni bir infeksiya növünə yoluxmağı göstərə bilər. Həkim, hər hansı bir qrip və ya soyuqdəymə əlamətləri olan insanları "əksi sübut olunana qədər" koronavirusa yoluxmalarını düşünməyə çağırıb.
Oxunub: 431
Xəbəri paylaş
Paylaş: