Bayden müşavirləri topladı
ABŞ Prezidenti Co Bayden şənbə günü təhlükəsizlik müşavirləri ilə Ukrayna ətrafındakı vəziyyəti və Rusiya ilə danışıqları müzakirə edib.
Globall.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Amerika liderinin mətbuat katibi Cen Psakinin sözlərinə görə, görüş Kemp Deviddəki prezident iqamətgahında keçirilib.
“Bu gün prezident Bayden Kemp Deviddə şəxsən və virtual olaraq öz milli təhlükəsizlik komandası ilə görüşüb, Rusiyanın Ukraynaya qarşı hərəkətlərini müzakirə etmək üçün...”, - Ukrayna mediası xəbər verib.
Qeyd olunub ki, müşavirlər Baydenə Rusiyanın Ukrayna ilə sərhədində hərbi əməliyyatlarının hazırkı vəziyyəti haqqında məlumat veriblər, bundan sonra görüş iştirakçıları “diplomatiya yolu ilə vəziyyətin gərginliyini azaltmaq üçün davam edən səyləri, habelə müttəfiqlər tərəfindən yaxından əlaqələndirilən bir sıra çəkindirmə tədbirlərini, o cümlədən Ukraynaya davamlı təhlükəsizlik yardımı” müzakirə ediblər.