Zelenski Şarl Mişellə telefonla danışdı
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı baş tutub.
Globall.az xəbər verir ki, bu barədə Zelenskinin mətbaut xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Ukrayna ətrafında vəziyyətin deeskalasiyası üçün beynəlxalq siyasi və diplomatik səylərin əlaqələndirilməsi müzakirə edilib.
Zelenski 1,2 milyard avro məbləğində makromaliyyə yardımının ayrılması ilə bağlı vaxtında qərar verdiyinə görə Avropa İttifaqına təşəkkür edib.
Liderlər 2022-ci il üçün Ukrayna və Avropa İttifaqı arasında gələcək dialoqa dair mövqeləri də razılaşdırıblar.
Oxunub: 349
Xəbəri paylaş
Paylaş: