Şimali Koreya Yapon dənizinə qanadlı raketlər atdı
Şimali Koreya bu gün Yapon dənizinə iki naməlum qanadlı raket atıb.
Globall.az xəbər verir ki, bu barədə Cənubi Koreya agentliyi məlumat yayıb.
Məlumata görə, Cənubi Koreyanın Baş Qərargahı səhər saatlarında Şimali Koreya tərəfindən iki qanadlı raketin buraxılışını qeydə alıb.
Bildirilib ki, ballistik raketlərdən fərqli olaraq qanadlı raketlərin buraxılışı BMT TŞ-nin qətnaməsini pozmadığı üçün cənubi koreyalı hərbçilər ictimaiyyəti məlumatlandırmırlar.
Oxunub: 282
Xəbəri paylaş
Paylaş: