İstanbul qara təslim oldu...
"Türkiyə Hava Yolları" İstanbul aeroportundan uçuşları bu gün saat 00:00-dək dayandırıb.
Globall.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi Yahya Üstün məlumat yayıb.
Onun sözlərinə görə, müvafiq xidmətlər uçuş-eniş zolaqlarını hazır vəziyyətə gətirmək üçün işləri davam etdirirlər.
Qeyd edək ki, yanvarın 21-dən başlayaraq Türkiyənin bir çox ərazilərində qarlı hava şəraiti hökm sürür. Əlverişsiz hava daha çox İstanbula zərər vurub.
Məlumata görə, bu gün yerli vaxtla saat 13:00-dək meqapolisdə sakinlərin şəxsi avtomobillərdən istifadə etməsinə qadağa qoyulub. Ankara-İstanbul avtomagistralında nəqliyyatın hərəkəti bir necə saatlığa dayandırılıb.
İstanbulun bəzi rayonlarında qalın qalınlığı 50-60 santimetrə çatıb. Həmçinin ölkənin cənub vilayətlərinə də yağıntı düşüb.