Dünyada koronavirusa həftəlik yoluxmada antirekord qeydə alınıb
Globall.az xəbər verir ki, bu məlumatları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dərc edib.
Aşkar edilmiş yoluxma hallarının sayı əvvəlki 7 günlə müqayisədə 5%, ölüm halları isə 1% artıb. Belə ki, yanvarın 17-dən 23-dək 21 362 288 nəfərin koronavirus testi müsbət olub. Yeddi gün ərzində 49 890 ölüm halı qeydə alınıb ki, bu da bir həftə əvvəlkindən 1% çoxdur.
Ötən həftə (10-16 yanvar - Red) ilə müqayisədə yoluxanların sayında artım Şərqi Aralıq dənizində (39%), Cənub-Şərqi Asiyada (36%) və Avropada (13%) qeydə alınıb. Avropada bir həftə ərzində yoluxanların sayı 10 milyonu ötüb və bu, dünyada yeni yoluxma hallarının 47%-ni təşkil edir.
Koronavirus səbəbilə baş verən ölüm halları xüsusilə Cənub-Şərqi Asiyada 44% və Şərqi Aralıq dənizində 15% artıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yanvarın 25-nə pandemiyanın başlanğıcından bəri dünyada 352 796 704 yoluxma və 5 600 434 ölüm faktı qeydə alınıb