Ukraynada 5 silahdaşını güllələyən şəxs saxlanıldı
Ukraynanın Dnepr şəhərində Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemi Ryabçuk AK-47 avtomat silahından xidmət yoldaşlarına atəş açıb.
Globall.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Ukrayna Milli Qvardiyasının hərbçisi, 2001-ci il təvəllüdlü Ryabçuk Artemi Yuryeviç silah təhvili zamanı naməlum səbəbdən “Kalaşnikov” avtomatından atəş açıb. Hadisəni törətdikdən sonra silahla qaçıb. Nəticədə 5 nəfər ölüb, daha 5 nəfər yaralanıb", - məlumatda qeyd olunub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Oxunub: 343
Xəbəri paylaş
Paylaş: