Mehdiyev “Dostluq” ordenini Mikuriyaya təqdim etdi
Ümümdünya Gömrük Təkilatının (ÜGT) baş katibi Kunio Mikuriya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.
Globall.az xəbər verir ki, ordeni K.Mikuriyaya Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev təqdim edib.
Həmçinin, ÜGT-nin baş katibi Kunio Mikuriya Azərbaycan dövlət gömrük xidmətinin yaranmasının 30 illiyi ilə bağlı yubiley medalı ilə də təltif edilib.
Bundan başqa, Azərbaycan gömrük xidmətinin yaranmasının 30 illiyi və gömrük əməkdaşlarının peşə bayramı münasibəti ilə keçirilən tədbirin sonunda fəaliyyətində fərqlənən Dövlət Gömrük Komitəsinin bir sıra əməkdaşları medallarla təltif olunublar.
Tədbirin sonunda, hər il oldğu ki, Azərbaycan gömrükçülərinin Azərbaycan Prezidentinə müraciəti qəbul edilib.