İran ABŞ-a güvənməməkdə haqlıdır
İran Prezidenti İbrahim Rəisi ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Globall.az xəbər verir ki, İran hökuməti bu barədə məlumat yayıb.
Məlumata görə, Rəisi və Makron nüvə məsələləri, ikitərəfli əlaqələr, regionda baş verənlər, Yəmən müharibəsi və Livandakı vəziyyət barədə müzakirə aparıblar.
Danışıqlar zamanı Rəisi bildirib ki, İran Vyanada keçirilən danışıqlar prosesi zamanı ciddiliyini və razılaşma iradəsini sübut edib.
Makron isə İranın ABŞ-a güvənməməkdə haqlı olduğunu və Vaşinqtonun nüvə razılaşması ilə bağlı problem yaradan addımlar atdığını söyləyib.
Oxunub: 277
Xəbəri paylaş
Paylaş: