Paşinyan Xaçatryanı prezident gətirir
Ermənistanın hakim “Mülki Müqavilə” fraksiyası yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçataryanı prezidentliyə namizədliyini irəli sürəcək.
Globall.az xəbər verir ki, bu barədə Ermənistanın “Haykakan Jamanak” qəzeti məlumat yayıb.
“Sərkisyanın istefasından sonra mətbuatda və sosial şəbəkələrdə prezidentliyə namizəd kim müxtəlif adlar sadalandı. “Mülki Müqavilə” partiyasının yüksək texnologiyalar sənayesi naziri,bitərəf Vaaqn Xaçatryanın üzərində dayanıb”, - deyə bildirilib.
Qeyd edək ki, Armen Sərkisyan yanvarın 23-dən prezidentlikdən istefa verdiyini açıqlayıb.
Oxunub: 257
Xəbəri paylaş
Paylaş: