"Omicron"un BA.2 variantı aşkarlandı
Çexiyada ilk dəfə olaraq koronavirusun "Omicron" ştamının BA.2 variantı aşkarlanıb.
Globall.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Tibb İnstitutu məlumat yayıb.
Həkimlər bildiriblər ki, BA.2-nin ötürülməsi əvvəllər müəyyən edilmiş "Omicron"dan 1,5 dəfə sürətlidir. Bununla belə, onlar mövcud koronavirus peyvəndlərinin effektivliyinə şübhə etmirlər.
Məlumata görə, ardıcıllıqla BA.2-yə yoluxmuş beş hal təsdiqlənib.
Qeyd edək ki, BA.2-nin daha zəif növü "Skandinaviya" adlanır. Danimarka və İsveçdə üstünlük təşkil edir
Oxunub: 258
Xəbəri paylaş
Paylaş: