Sabah Türkiyə parlamentinin komissiyası “Şuşa Bəyannaməsi”ni müzakirə edəcək
Sabah-fevralın 3-də Türkiyə Böyük Millət Məclisinin komissiyasınnın iclasında “Şuşa Bəyannaməsi” müzakirə olunacaq.
Globall.az xəbər verir ki, sənəd parlamentin Xarici əlaqələr komissiyasında müzakirəyə çıxarılacaq.
Toplantıda “Şuşa Bəyannaməsi”nin təsdiqlənməsi məsələsinə baxılacaq.
Xatırladaq ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” 2021-ci ilin iyunun 15-də Şuşa şəhərində imzalanıb.
Şuşa Bəyannaməsini Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.
Oxunub: 350
Xəbəri paylaş
Paylaş: