Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • İsa Həbibbəyliyə yeni vəzifə verilib
  • Ramiz Mehdiyev Prezidentin siyasətinə zidd addımlar atır
  • Hesablama Palatası AMEA-nın işi üzrə Baş Prokurorluğa müraciət etdi
  • Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunkturasına qəbul elan olunub
  • Bakıda sıxlığa görə xəttə yeni avtobuslar buraxılır - FOTO
  • Daha bir deputat Mehdiyevə qarşı ÇIXDI: Ramiz müəllim, getmək vaxtıdır!

    • Tarix: 3-02-2022, 14:10


    Əslində bu məsələ hər kəsi düşündürməli, hamını narahat etməlidir. Çünki Azərbaycanın fikir mərkəzi olan Milli Elmlər Akademiyası yalnız orada çalışanların deyil, hamımızındır. Bu bilik ocağı XX yüzildə xalqımızın qazandığı ən mühüm sərvətlərdəndir və yeni minillikdə, təzə əsrdə də həmin sərvət yüksək dəyərini saxlamaqdadır. O səbəbdən də Elmlər Akademiyamızda bu gün yaşananlar, yaşı yüz ilə çatan bu mötəbər Elm Məbədində naşı, səriştəsiz və yöndəmsiz idarəçiliyin törətdiyi pat vəziyyəti gedişatdan xəbərdar olanları mat qoymaya, qan qaraltmaya bilmir.

    Lap başlanğıcdan –  tikilib istifadə verildiyi 1913-cü ildən etibarən Azərbaycanın ilk xeyriyyə cəmiyyətinə qucaq açan, həmişə divarları arasında Vətən və millət amallı aydınları birləşdirən, bu gün Elmlər Akamemiyamızın Rəyasət Heyətinin yerləşdiyi “İsmailyyə” sarayı var olduğu müddətcə daim xalqın və yurdun taleyi ilə bağlı ən ümdə istəklərin dilə gətirildiyi, müqəddəs sayılası məkan kimi tanınıb.

    O əziz imarətin keşməkeşli tarixçəsini xəyal aynasında canlandıran böyük ədibimiz Seyid Hüseyn yazırdı ki, “burada nə qədər qəmli və sevincli günlər olub!”.

    Elmlər Akademiyamızın təvəllüdü onun Sovet İttifaqı Elmlər Akademiyasının filialı kimi, SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli sərəncamının imzalandığı ildən götürülsə də, həqiqətdə həmin başlanğıcın 1923-cü ildən, Əbdürrəhim bəy Haqverdiyevin rəhbərlik etdiyi Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin təsis edilməsindən hesablaması daha düzgündür. Çünki 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsinə, 1935-də Filialına çevrilən də, təməl olaraq  elə həmin Tədqiq və Tətəbbö Cəmiyyəti idi, sonrakı müstəqil Akademiyamız da “Azfan” kimi məşhur olan Filialın, deməli, Tədqiq və Tətəbbö Cəmiyyətinin varisi idi.

    Xalqımıza tarixin qədimlərindən qismət olmuş coşqun zehin enerjisi məhz XX əsrdə bu mərkəzdə cəmlənərək səmtləndirilib, şaxələndirilib.

    Onillər boyunca  Akademiyamızda güclü alimlər ordusu yetişib, bu işıqlı insanlar həm xalqımızın, həm ölkəmizin qüdrətinin artırılmasına əvəzsiz töhfələr veriblər, həm də millətimizin bütün dünyada üzünü ağardıblar.

    Elmlər Akademiyamız arxada qalan dövrdə həm şərəfli, həm də çətin, enişli-yoxuşlu bir yol keçib. 

    Bu tarixçənin uğur dolu, qürur gətirən, fərəhli səhifələri ilə yanaşı dramatik anları, nigaran çağları da olub. 
    Vaxtlar olub ki, illərlə min zəhmət bahasına yaradılmış bu qiymətli qurumu parçalayıb dağıtmaq təhlükəsi də yaşanıb. Həm də o hadisələr uzaq günün sözü deyil.

    Akademiyanın bağlanması, ləğv edilməsi bəyanatları və hədələrinin bütün ciddiyyəti ilə səsləndiyi nəhs 1992-ci il əl çatacaq qədər yaxındır.

    Təfəkkürü, qələmi, ixtiraçılığı, icadçılığı ilə güclüdən güclü ola bilən alimlər, yazıq ki, bu qəbil şərlər, qısma-boğmalar qarşısında, adətən, müqavimətsiz qalırlar.

    Heç bunu təsəvvürünüzə gətirməyinizi istəməzdim. Amma bir qorxulu yuxu kimi xəyalımdan  keçirəndə ki, birdən həmin qaragüruhun istəyi baş tutaydı, Akademiya qapadılaydı, Akademiya kimi bir Mehraba, Bilik Yuvasına toplaşmış alimlərimiz dərbədər düşsəydilər, sonramız necə olardı, nə qədər mağmunlaşardıq, acizləşərdik?!  

    Unudulmaz Heydər Əliyev 1993-cü il sentyabrın 21-də növbəti dəfə çox sevdiyi, həmişə məmnuniyyətlə təşrif gətirdiyi Elmlər Akademiyasında idi.

    Bu alimlər, ziyalılar yığıncağı əzəmətli "İsmailiyyə"də – Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi binanın böyük zalında keçirilirdi. Söz dövlət başçısına verildi. O zamanlar həmin zalda xitabət kürsüsü səhnənin lap sağında bir qıraqda idi və Heydər Əliyev tribunaya sarı getmədi, ayağa qalxaraq nitqini yarızarafat-yarıciddi elə yerindəncə başladı: “Siz tribunanı küncə qoymusunuz. Məni də o küncə sıxmaq istəyirsiniz. Mən həmişə mərkəzdə olmuşam, elə indi də mərkəzdən danışacağam!”.

    Heydər Əliyev Azərbaycan dövlətinə rəhbərlik etdiyi illərdə, müstəqilliyin sınaqlı, mübarizəli başlanğıc dönəmində imkan vermədi ki, Azərbaycan elmini, Azərbaycan alimini, Azərbaycan Elmlər Akademiyasını miskinləşdirsinlər, küncə sıxsınlar, çökdürsünlər.

    O, Azərbaycan elmini də, alimini də, Elmlər Akademiyasını da ictimai-siyasi həyatın tən mərkəzinə gətirdi, onlara daim diqqət, nəvaziş göstərdi, havadar oldu. Çünki ağıllı insan idi, müdrik şəxsiyyət idi, cəmiyyətşünaslığın, siyasətin, dövlətçiliyin mütəfəkkir bilicisi idi.
    Elmə, alimə həyatı uzunu rəğbətlər bəsləmişdi – bunlar öz yerində. Təbii, orasını da gözəlcə anlayırdı ki, elmsiz, alimsiz, biliksiz xalq və dövlət tərəqqi edə, yüksələ bilməz. Lakin Heydər Əliyev yalnız böyük vətənpərvər deyil, həm də müstəsna peşəkarlığa malik dövlətçi olduğuna görə elmi də dövlət işinin, əzəmətli dövlət maşınının ümdə amillərindən, vasitələrindən biri kimi qəbul edirdi, bu səbəbdən də hər an elmin, alimin yanında idi.

    "Heç vaxt imkan vermək olmaz ki, kimsə, o cümlədən, prezident Akademiyanı dağıtsın. Ola bilər başqa prezident dağıtsın. Ola bilər başqa prezident bunu etsin, amma mən heç vaxt bunu edə bilmərəm”.

    Heydər Əliyevin hafizəmdə əbədilik həkk olmuş bu sözlərini sanki onun səsində, özünün təkrarsız intonasiyasında eşidirəm.

    Unudulmaz Heydər Əliyevin bu millətə və dövlətə ən böyük hədiyyələrindən və xidmətlərindən biri də bu oldu ki, macal vermədi elmi, alimi və Akademiyanı gözdən salsınlar, sındırsınlar.

    O, alimin, elmin, Akademiyanın hörmətinə hörmət, nüfuzuna nüfuz artırdı. Bunlar unudulan deyil!

    Və həmin nəcib xətti Heydər Əliyev yolunun sadiq davamçısı Prezident İlham Əliyev də ləyaqətlə davam etdirdi, etdirməkdədir.

    Və indi Azərbaycan Milli Elmlər Akademiyası küncə sıxılıb, günbəgün də həmin böhran dərinləşməkdədir və səbəb də kənarda deyil, Akademiyanın öz içərisindədir, rəhbərliyindədir və 2019-cu ilin sonlarından etibarən bu arzuolunmaz macəra davam etməkdədir.

    Yaddaşımda Ulu Öndərin mətin səsi dalğalanır: “Heç vaxt imkan vermək olmaz ki, kimsə, o cümlədən prezident Akademiyanı dağıtsın!”.

    Dağıdılır axı!

    2019-cu ilin sonlarında Akademiya prezidenti dəyişdi, Ramiz Mehtiyev tayın edildi. Və az sonra Covid -19 pandemiyasının doğurduğu təcrid ayları gəldi.
    Akademiya idarəçiliyi ilə bağlı indi qalxan və hər gün də daha artıq şiddət və həyəcanla üzə çıxan növ-növ şikayətlər, tənqidlər, açıqlamalar elə bu intensivliklə 2020-nin əvvəllərindən də başlaya bilərmiş. Aranı səngidən sən demə, elə Covid imiş. Covid pərdəsi olmasaydı, eyblər daha erkən pırtlayıb çıxarmış. Diqqətlə baxılırsa, Akademiyanın yönəldiciliyində arxadakı 2 il boyunca elə covidəbənzərlik simptomları hər qarışda sezilməkdədir: süstlük, halsızlıq, biganəlik. Və Covid-19-un əsli-kökü, mənşəyi, mahiyyəti sonacan tam bilinmədiyi kimi Akademiyada da nədən ibarət olduğu anlaşılmayan impulsiv, xaotik, pərakəndə, qeyri-peşəkar idarəçilik hökm sürür.

    Elmlər Akademiyasının hər bir strukturu canlı, işlək, gündəlik fəaliyyətdə olan orqanizmdir.

    Yeni idarəçilk ordan başladı ki, bütün institutların kadr siyasətini qıc vəziyyətinə saldı. Elmi kadrlardan, hətta vəfat etmiş, Bakıdan köçüb getmiş və əvəzlənməsi istehsalat zəruriyyəti ilə bağlı əməkdaşın boş ştatına yeni işçi götürmək yasaqlandı. Elmi kadrlardan tutmuş texniki personala qədər institutların yeni işçi qəbul etmək səlahiyyəti əlindən alındı.

    Elmi koordinasiyanı təmin edən, dissertant və doktorantların araşdırma mövzularının ilkin ekspertizası sayılan, bir neçə ilin ardıcıl təkmilləşdirmələrindən sonra yetərincə işlək və faydalı mexanizmə çevrilmiş Əlaqələndirmə Şuraları ləğv edildi, gənc elmi kadrların yetişməsi, sabahın elmində tənzimləmə və dürüst istiqamətləndirməni, təkrarçılıqdan qaçmanı stimullaşdıran, peşəkarlığa söykənən həmin Şuralar işbilməzlik nəticəsi olaraq bəsit və formal qeydetmə ilə əvəzləndi. Bu naşı, nabələd yanaşmanın fəsadları yaxın gələcəkdə bütün bəd nəticələrilə üzə çıxacaq.

    İdarəçilikdəki digər korafəhmi yanaşma guya Akademiya üzrə əsaslı struktur islahatı başlamaq, bütün institutların ştat vahidlərini vahid prinsipə uyğunlaşdırmaq oldu. Zahirən, belə təsir oyanar ki, müasir, müsbət yanaşmadır. Lakin predmeti bilməyəndə, Akademiyanı tanımayanda, müxtəlif müəssisələrin özünəməxsus xüsusiyyətləri nəzərə alınmayanada guya koordinəyə xidmət etməli olan belə cəhd qeyri-peşəkarların ifası və icrasında yalnız xaos yaratmağa, dağıdıcılığa səmtlənmiş olur.

    Belə ki, indiyədək Elmlər Akademiyası müəssisələri bu kəmsavad idarəçilik və struktur islahatı məngənəsində çırpınmaqda, bir çox suallara hələ də anlaşıqlı cavab tapmaqçün baş sındırmaqdadırlar.
    Elmlər Akademiyalarının mövcud olduğu və uğurla fəaliyyət göstərdiyi xeyli ölkənin təcrübəsi bir-birini döyən, təkrarlayan, yaxud biri o birindən cüzi fərqli strukturları qovuşdurmağa üstünlük verir. Eləcə də izafi və faydasız yüklərdən xilas olmaq, az əhəmiyyətli şöbələrdən, hətta institutlardan təmizlənərək daha işlək universal qurumlar bərqərar etmək, bu minvalla Akademiya və müəssisələr daxili koordinasiyanı bir az da mükəmməl və səmərəli gerçəkləşdirmək təşəbbüsləri vüsət almaqdadır.

    İş bilənlər, müasir dövrün nəbzindən tutmaq niyyətində olanlar belə edir, belə etməyə heyi, həvəsi və qabiliyyəti çatmayanlarsa, son 2 ildə bizdə - Akademiyada olan kimi edirlər!

    Real imkanları nəzərə alınarsa, hər hansı ciddi perspektivdən məhrum və müvafiq səriştəli mütəxəssislərlə təmin olunmayan yeni şöbələr bir-birinin ardınca yaradılır, üstəlik, bu qəbildən olan yenilərini açmaqçün də tədarüklər görülür.

    Bir müddət əvvəl məhz daha optimal koordinasiya niyyətləri əsas götürülərək İctimai Elmlər və Humanitar Elmlər bölmələri birləşdirilmişdisə, indi təzədən izahsız-filansız, zəruriyyəti əsaslandırılmadan geriyə daha bir səriştəsiz addım atılır, ləğv edilən bərpa olunur, bu addıma uyğun da kadr seçilir.

    Sturktur islahatlarındakı hərdəmxəyallıq, plansızlıq, proqnozlaşdırma prinsiplərindən bixəbərlik, kadr siyasətindəki meyarsızlıq, seçim uyğunsuzluğu, ümumakademik maraqlardan uzaqlıq, hansısa anlaşılmaz, qeyri-obyektiv prinsiplərə görə dəyərli kadrların kənarda saxlanılması və bir silsilə belə arzuolunmaz hallar Akademiyanı illərcə doğma evi bilmiş neçə alimi işdən soyudur, başqa müəssisələrdə iş axatrmağa sövq edir, illərcə formalaşmış kadr potensialının sıraları  durmadan seyrəlir.

    Elə bir dövrdür ki, Akademiyada gərək elmi həyat qaxsımaya, çağlaya.

    Gərək indi perspektivli elmi tədqiqatların müəyyənləşdirilməsindən ötrü ard-arda tədqiqat qrupları yaradıla, onların analitik hesabatları əsasında planlar tərtib edilə, araşdırmalar başlana.

    İstedadlı insanlarımız həmişə bol olub, yenə var və gələcəkdə də olacaq. Dünya elmində o ölkələr irəli gedir ki, Akademiyalarında, ya bu qəbil iri elmi birliklərində strateji araşdırmalara üstünlük verirlər, elmi tədqiqat və innovasiyaların təmayülləri və perspektivlərini öyrənmək üçün xüsusi institutlar yaradırlar.
    Üfüqləri müəyyənləşdirirlər və kor-koranə deyil, hara getdiklərini yaxşı bilərək inamla tədqiqatlarına start verirlər.

    Bizdəsə sükunət, ətalət. Sanki məqsədli şəkildə bir mürgülü, avtopilot rejimli atmosfer formalaşdırılır.

    Akademiyada indi elə bil baş ayrı, bədən ayrıdır və başdan da bədənə impulslar, siqnallar çatmayan kimidir.

    Bu və yüzlərlə belə qüsur olmaya bilərdimi, yenilikçi, dünya elminin hazırkı çağırışları ilə səsləşən neçə-neə ideyanı gerçəkləşdirmək mümkünmü?

    Əlbəttə ki, bəli! Fəqət bunun üçün gərək durmadan çalışasan, axtarasan, iş görməyə, sənə tapşırılan sahəni dirçəltməyə, irəli aparmağa həvəsli olasan, təşəbbüskarlığın tükənməyə.

    Bunların heç biri olmayanda Elmlər Akademiyasında bu gün rastlaşdığımız ürək göynədən mənzərələr zühur edir.

    Adətkərdə olduğundan vaz keçmək, təbii ki, müşküldür. Ancaq keçmişdə inzibati amirlik üsulları ilə icra hakimiyyətlərini və strukturlarını icra edən sayaq elmi işçini də qabağına qatmaq mümkün olmaz.  O köhnə icra strukturlarında çalışanlardan fərqli olaraq Akademiya şəbəkəsindəkilər daha səbirsiz, daha sərbəstdirlər, mütəmadi təzyiqlərə, küncə qısnamalara, hikkəyə dözməyəndirlər, haqsızlıq, ədalətsizlik, süründürməçilik, ifrat bürokratizm, nimdaş idarəçilik üsulları ilə qarşılaşanda barışmayandırlar, səriştəsizliklər gördükcə buna yalnız abırlarına salıb haçanacansa göz yumandırlar, səbirləri tükənincə etirazlarını ortaya qoyandırlar. Necə ki, artıq edirlər.

    Müəyyən müddətəcən susurdular, tab gətirirdilər, “bəlkə düzəldi” ümidi ilə yaşayırdılar. Ancaq baxırlar ki, yox düzəlmir, getdikcə böhran daha da dərinləşir, sistem xarakteri alan bu cür hallar mötəbər elm ocağını sarsıdır, içəridən iflic edir, iflasa aparır.  Həm də belə vəziyyətlə barışmazlığın qətiyyətli sədaları artıq yalnız Akademiyanın içərisindəın deyil, kənardan da ucalır, bu qurumu milli sərvət sayan, baş elm ocağımızın miskin kökə salınmasına qeyzlənən ictimaiyyət də artıq dilə gəlib.

    Akademiya o yer deyil ki, guya gendən heç nə görünmür xülyasına uyaraq başını kolun içərisinə salasan və köhnə süst yerişinlə vaxt öldürməklə işləri xala xətrin qalmasın yola verəsən. Hər şey ovuc içərisindəki kimi aydın görünür və hər növbəti xətalı addım (addımlarınsa elə hamısı belədir) kəskin ictimai müzakirə hədəfinə çıxır.

    Dövlət düşüncəsinə malik bir insan olaraq bu həssas məqamı akademik Ramiz Mehdiyev hər kəsdən daha artıq duyar, yaxud duymalıdır.

    İnkişafa sadəcə əngəl yox, ciddi maneəyə çevrildiyini görüncə və artıq bununla bağlı etirazları da eşidincə həmin etirazların bir az da gurlaşmasını gözləmədən, bu çağırışların tənqid, etiraz səviyyəsindən tələb həddinə çatmasına imkan yaratmadan, ən azı indiyəcən qazanılmış nüfuzu, xətir-hörməti tamam itirmədən üzüsulu kənarlaşmaq zəruridir.

    Məhz yolumuz, xəttimiz sağlam olsun, hər cür fəsadlardan uzaq qalsın deyə görəndə ki, o yolun, o xəttin sürətləri ilə ayaqlaşa bilmirsən, ayaqlaşmaq bir yana, irəliləyən ayaqları tutub saxlayırsan, buxova dönürsən, dərhal qırağa duraraq mane olmamağı seçmək mənəvi borcdur.

    İnanmaq istərdim ki, məhz belə də ediləcəkdir!

    Bu gerçəklərsə, nə qədər təlx olsa da, qəlb ağrıtsa da, söylənməlidir.

    Bu da bir başqa vicdan vəzifəsidir.

    Akademik Ramiz Mehdiyev yol keçmiş, təcrübəli insandır və dövlətçi düşüncəyə malik şəxs kimi, əlbəttə, gərək hər kəsdən yaxşı hiss edə ki, Azərbaycan baş elm məbədinin bu kökə salınması yalnız elmimizə deyil, bütövlükdə düşüncə həyatımıza, ümumi xəttimizə də ziyan vurur.

    Artıq bu ahəngdə narahat səslər də eşidilir və həmin çağırışların hərəkətə çevriləcəyi ağır saatacan süründürmədən, Akademiya Rəyasət Heyətinin yığışaraq növbədənkənar iclasında “Get!” qərarı verməsinəcən məsələni çürütməyərək iradə göstərmək, heç də xoş olmayacaq həmin sonluğu qabaqlamaq məsləhətdir.

    Ramiz müəllim, getmək lazımdır!
     
    Rafael HÜSEYNOV,
    Akademik, Milli Məclisin deputatı

    Oxunub: 202
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.