Bakıda sıxlığa görə xəttə yeni avtobuslar buraxılır -
FOTO
Bakının “Nizami”, “Elmlər Akademiyası” və “İçərişəhər” metrostansiyaları ətrafındakı dayanacaqlardan sərnişin daşınması üçün xəttə əlavə avtobuslar verilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildiriblər.
Qeyd olunub ki, səhər və axşam - pik saatlarında sərnişin axınını idarə etmək məqsədi ilə tələbat olan istiqamətlərdə xəttə əlavə avtobuslar cəlb edilir.
Axşam pik saatlarında metronun “Nizami”, “Elmlər Akademiyası” və “İçərişəhər” stansiyaları ətrafındakı dayanacaqlardan sərnişinlərin daşınması üçün 12 və 18 metrlik “BakuBus” avtobusları xidmətə buraxılır.
Oxunub: 852
Xəbəri paylaş
Paylaş: