Ermənistan müxalifəti prezidentliyə namizəd irəli sürməyəcək
Ermənistan müxalifəti boş qalmış prezidentlik postuna namizəd irəli sürməmək qərarına gəlib.
Globall.az xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazıb.
Nəşr müxalifət bloklarının bu gün birgə bəyanatla çıxış edəcəyini də iddia edir.
Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini açıqlayıb. Fevralın 1-dən prezidentin səlahiyyətlərini parlamentin sədri Alen Simonyan icra edir.
Oxunub: 279
Xəbəri paylaş
Paylaş: