Bir həftədə Laçın dəhlizindən Qarabağa 2,5 min maşın buraxılıb
Rusiya sülhməramlıları bir həftə ərzində 2,5 mindən çox avtomobilin və 6 minə yaxın insanın Laçın dəhlizindən keçməklə Qarabağın ermənilər yaşayan ərazisinə və geriyə - Ermənistana təhlükəsiz girişini təmin edib.
Globall.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi bildirib.
Məlumara görə, rusiyalı hərbçilər Qarabağda və Laçın dəhlizində bütün 27 müşahidə məntəqəsinin hamısında gecə-gündüz vəziyyətə nəzarət edir və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir.
“Müşahidə məntəqəsinin hərbçiləri öz məsuliyyət zonalarında sutka ərzində atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər. Rusiya sülhməramlıları postların buraxılış məntəqələrindən tranzit maşınların təhlükəsiz keçməsini təmin edirlər. Mümkün təxribatların qarşısını almaq üçün bütün maşınlar texniki baxışdan keçir, lazım gələrsə, hərtərəfli yoxlanılır”, - Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Dmitri Lıçkin bildirib.
Qeyd olunur ki, Rusiya sülhməramlı kontingentinin bütün müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə yaxınlıqdakı ərazilərə hərtərəfli nəzarəti həyata keçirmək üçün nəzərdə tutulmuş Blockpost istehkamları ilə təchiz olunub.