250 ildən sonra Ceyms Kukun gəmisi tapıldı
1770-ci ildə Avstraliyaya səfər edən səyyah Ceyms Kukun batmış gəmisi ABŞ-da tapılıb.
Globall.az xəbər verir ki, bu barədə "Australian Geographic" portalı məlumat yayıb.
İngilis səyyahı və kəşfiyyatçı Ceyms Kukun “Endeavour” gəmisinin parçaları iki yüz ildən artıqdır ABŞ-ın Nyuport limanının dibində qalıb.
Avstraliya Milli Dəniz Muzeyinin baş direktoru Kevin Sumptionun sözlərinə görə, bu gəminin kəşfi elm tarixində ən mühüm hadisələrdən biridir. O qeyd edir ki, Ceyms Kukun üzdüyü gəmi Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya və indi də ABŞ-ın tarixində və mədəniyyətində mühüm mərhələdir.
Oxunub: 281
Xəbəri paylaş
Paylaş: